RU

NATO nun 5 ci maddəsi və Şuşa Bəyannaməsi işə düşə bilər: Ankara kritik qərarı verəcək?

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İrandan Türkiyəyə atılan ballistik raketlər ətrafında müzakirələr böyüyür. Bu, artıq üçüncü belə hücumdur və NATO müdafiə sistemləri vasitəsilə atılan raketlər zərərsizləşdirilib. Hadisə, həm regionda gərginliyi artırmaqla, həm də NATO-nun kollektiv müdafiə mexanizminin – yəni 5-ci maddənin işə düşməsinə əsas yaradır.

Ekspertlər qeyd edirlər ki, İrandan Türkiyəyə raket hücumlarının davam etməsi Şuşa Bəyannaməsini də aktuallaşdıra bilər. Ankara və Bakı mövcud vəziyyətə ehtiyatlı və ölçülü yanaşsa da, raket hücumlarının davamlı olması bu ehtimalı gündəmə gətirib.

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Yaxın Şərqdə müharibənin genişlənməsi və yeni geosiyasi aktorların prosesə cəlb olunması ağır nəticələrə gətirib çıxara bilər:

“Xüsusilə İranın qardaş Türkiyəyə artıq üçüncü dəfə ballistik raket hücumu gerçəkləşdirməsi ciddi narahatlıq yaradır. Türkiyə NATO-nun ikinci böyük ordusuna sahibdir. Yaxın Şərq regionunda Türkiyə çox güclü oyunçudur. NATO komandanlığı da mövcud durumdan narahatdır. Lakin məhz Şərqi Aralıq dənizində raketin zərərsizləşdirilməsi və onun qalıqlarının düşməsi onu göstərir ki, Brüssel və Vaşinqton Türkiyənin təhlükəsizliyinə töhfə verir.

İlyas Hüseynov

Qardaş Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi də imzalanıb. Bu, bizim birliyimizin və qardaşlığımızın əsas göstəricisidir. 2021-ci ilin 15 iyununda işğaldan azad olunmuş mədəniyyət mərkəzimiz Şuşada imzalanan bəyanat münasibətlərimizi keyfiyyətcə daha yüksək səviyyəyə qaldırdı.

Türkiyəyə qarşı raket hücumları Azərbaycan ictimaiyyətində və siyasi dairələrdə narahatlıq yaradıb. Bakı bu hücumu qətiyyətlə pisləyir.

Hesab edirəm ki, Türkiyə və İran arasındakı problemlər danışıqlar vasitəsilə həll oluna bilər. Bunun üçün lazımi şərait mövcuddur. Bütün naməlum və qeyri-müəyyən məsələlərdən uzaq durmaq lazımdır. İranın mövqeyi budur ki, bu hücumu İran icra etməyib”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
46
globalinfo.az

1Источники