RU

TARİXİ FÜRSƏT VƏ TARİXİ MƏSULİYYƏT: ADİL MİNBAŞIDAN SENSASİON AÇIQLAMA!

…Rusiyanın  “Xüsusi Hərbi Əməliyyat” (!?) adlandırdığı və Ukraynaya qarşı apardığı qanlı müharibə artıq beşinci ildir ki, bütün şiddəti ilə  davam edir. Hər iki tərəfdən maraqları toqquşan bir çox dövlətlərin bu müharibədə birbaşa və dolayısı ilə iştirakının bəşəriyyəti 3-cü Dünya Müharibəsinə  aparıb-aparmayacağı təhlükəsi yaşanarkən bu dəfə də “Trampın Xüsusi Hərbi Əməliyyatı” adlandırılan əməliyyat ortadadır… Və İsraillə birlikdə İrana qarşı aprılan hu hərbi əməliyyatlar bəşəriyyəti bu təhlükəyə daha da yaxınlaşdırmaqdadır… Çünki bu hərbi əməliyyatlar təkcə hava hücumlarının misli görünməmiş miqyasına və dağıdıcı gücünə görə deyil, həm də daha çox  qısa müddətdə bitmədiyi təqdirdə birç ox dövlətlərin birbaşa hərbi əməliyyatlara  qoşulması təhlükəsini reallaşdırır.

 Qısası, bu və ya digər ciddi, dünyanın gündəmində olan məsələlərə münasibətini öyrənmək üçün Azərbaycanın tanınmış hüquqşünası, politoloq, Baş ədliyyə müşaviri Adil Minbaşıya müraciət etdik. Aşağıda politoloqun olduqca ciddi, düşündürücü mövqeyini təqdim edirik:

Daha bir vacib məqam: hörmətli Adil Minbaşı hələ neçə il əvvəl bizimlə eksklüziv müsahibəsində Prezident İlham Əliyevin “Mən 50 milyonluq Azərbaycanın prezidentiyəm” kimi tarixi sözünə istinadla demişdi ki, “…İlham Əliyev həmişə dediyi sözün arxasındadır! Onun hələ 2021 ci ildə Azərbaycanın Gorus-Qafan yolunda nəzarət-buraxılış məntəqəsi qurmağından  hiddətlənən Ayətulla Xameneinin nümayəndəsi, Ərdəbil imamcüməsi ayətulla Seyid Həsən Amili bizə işarə edərək  “…şirin quyruğu ilə oynamasınlar” -deyə təhdid edirdi, eyni zamanda Türkiyə və Pakistanı da xəbərdar etmişdi. Bu təhdidə cavab olaraq Türkiyədən “Təzadlar”a verdiyim qısa müsahibədə demişdim: “…xəbərləri yoxdur ki, şir ölüb, quyruğu qalıb. Əgər İran hərbi müdaxilə fikrinə düşsə, iki məğlub nəticəyə ürcah  olacaq : 1-cisi, bizə daha “Zəngəzur dəhlizi” lazım olmayacaq!  2-cisi, İlham Əliyev tarixi torpaqlarımızı erməni işğalından azad edən dövlət başçısı kimi düşmüşdür, əlavə olaraq Azərbaycanı birləşdirən dövlət başçısı kimi də tarixə düşəcək…”.
Beləliklə, Politoloq Adil Minbaşı yazır:
-Açıq deyirəm, bu müharibənin nəticələri təkcə Yaxın Şərqin deyil, 
dünyanın güc mərkəzləri sayılan ABŞ-ın, Çin-nin, eləcə də Rusiyanın (hələlik) qüvvələr nisbətini, balansını dəyişmək təhlükəsini yaradır. Ona görə də bir çox siyasətçilər bu müharibənin başlanmasının əsas səbəbini ABŞ-ın Çin və Rusiyaya qarşı mübarizəsi kimi də qiymətləndirirlər. Bu dinamika isə dünyanın siyasi xəritəsinin yenidən biçilməsi, dünya hegemonluğu uğrunda mübarizənin keçid mərhələsinə- “Pandora qutusu”nun açılmasına aparır…

XXX

…Türkiyə və Azərbaycan olaraq biz istər rəsmi dövlət səviyyəsində, istərsə də vətəndaş mövqeyindən bu müharibələrin heç birini təqdir etmir, konfliktlərin sülh, danışıqlar yollu ilə həll edilməsini arzu edirik. Hər iki dövlət başçısının verdiyi rəsmi bəyanatlar da bunu təsdiq edir. Ümumiyyətlə, yanaşdıqda dinindən, dilindən, irqindən asılı olmayaraq hamımızın yaşadığı yeganə  “Ev”  olan Yer Kürəsində şüurlu bəşər övladı olaraq biz, ancaq bu evi qorumaq, bir-birimizi anlamaq, sülh və əmniyyət içərisində yaşamaq haqqında düşünməli olduğumuz halda, bir-birimizi daha kütləvi, daha ağır silahlarla, daha dəhşətli üsullarla qırmaq yarışına qoşulmuşuqsa, bu bütövlükdə bəşəriyyət üçün utancvericidir. Amma nə etmək olar?

 Bəşəriyyət hələ bu xislətindən xilas olmaq səviyyəsinə təkamül etməyib. Fəlakətlər yaşanır və fəlakətlərdən biri də bizim- bütövlükdə Tükiyənin,  türk dünyasının və daha konkret olaraq bilavasitə Azərbaycanın qapısına dirənib. Bu həyatımızın acı reallığıdır və buna adekvat-düzgün münasibət bizim millət qarşısında borcumuz, tarix qarşısında  məsuliyyətimizdir! Vəziyyət necə olacaq və biz nə etməliyik?!  Bu sualın cavabı təkcə bizi deyil, Cənubda yaşayan 40 milyonluq Azərbaycan türklərinin, İran dövləti tərəfindən ümumi türk kimi qeydə alınmayan, amma faktiki vcud olan 1,5 milyon kaşkay, 3 milyon türkmən və 5 milyondan çox  halac, qazax, özbək türklərini bir an olsun belə tərk etmir. Müharibənin başladığı ilk dəqiqələrdən hadisələrin gedişini həyacanla izləyir, günün hansı vaxtı olmasından asılı olmayaraq ziyalılar bir- biri ilə əlaqə saxlayır, vəziyyətin dəyişməsindən asılı olaraq təhlil və müzakirə aparırıq. Bunların içərisində cavab tapmadığımız məqamlar  çoxluq təşkil edir.  Maraqlıdır ki, bu müzakirələri açıq müstəviyə çıxarmırıq. Bu da hamılıqla qəbul etdiyimiz yekdil bir rəylə bağlıdır ki, dövlət başçısl İlham Əliyevin bildiyi- bizim isə bilmədiyimiz çox  məqamlar var.  O, dünyanın ən güclü siyasətçilərindən biridir, bu problemi də bir an olsun diqqətdən kənarda saxlamır və nə etmək lazım olduğunu yaxşı bilir!


Maraqlıdır ki, qardaş Türkiyədə bu məsələnin müzakirəsi 
siyasilərin və bütün kütləvi yayım vasitələrinin gündəmindən düşmür. Fikirlər, təhlillər, təklif və rəylər fərqli, ziddiyətli olsa da hər üzünə müzakirələr aparılır. Türkiyədə  böyük siyasətçilərin, çox qiymətləndirdiyim və heyranlıqla izlədiyim siyasi verlişlərin teleaparıcılarınin və siyasi şərhçilərin olduğunu diqqətə almaqla fikirləşirəm ki, bu müzakirələrin hər halda ümumi işə zərəri deyil, faydası olur. Onlar səviyyəsində olmasam da mən də yaşlı, təcrübəli hüquqşünas, siyasi mövzularda şərhlərin və təsdiqini tapan bir çox proqnozlarln müəllifi olaraq  dövlətimiz, millətimiz və gələcəyimiz üçün müstəsna əhəmiyyət daşıyan bu məsələnin bütün cəhətlərinin müzakirəsinə qoşulmaq istərdim. Amma fikirlərimin dövlətlərimizin qəbul etdiyi taktiki-strateji mövqeylə toqquşmaması naminə bu istəkdən qismən imtina etmək qərarına gəldim. Qaçılması mümkün olmayan ciddi məqamların üzərindən də incəliklə keçərək bizdən daha çox türkiyəli siyasilərin  müzakirə mövzusuna daxil etməsi gərəkən fikirlərimi bölüşməyə qərar verdim…

XXX

Bu müharibənin necə bitəcəyindən asılı olmayaraq  nəticələrinin Yaxın Şərqin bütün dövlətlərinə,  o cümlədən də Türkiyə və Azərbaycana ciddi təsir göstərəcəyi inkaredilməzdir. Həmişə olduğu kimi, bu məsələdə də Türkiyə və Azərbaycan eyni mövqeydən çıxış edirlər. Bu müzakirə predmeti ola bilməz- belə olub və belə də olmalıdır. Ancaq mənə elə gəlir kidövlət başçılarının şəxsi mövqelərində siyasi fərqlilik var, bununla belə, dost-qardaş dövlətlər olaraq vahid mövqedən çıxış edirlər… Türkiyə və Azərbaycan ərazilərinə dron və raket atışına ilkin reaksiya da bunun göstəricisidir.

XXX

 Elə siyasi məsələlər var ki,  onlara fərqli, səthi yanaşmaq və hətta diqqətdən kənarda saxlamaq da olar. Amma müharibəyə münasibətdə  mövqe və tərəf tutmağın nəzərə alınmalı olan bəlli, qaçılmaz kriteriyaları var. Müharibə edən tərəflərin gücü, onların sənə tarixi və gələcək münasibətləri, nəticələrin təsiri və s. dəqiqliklə “siyasət tərəzisində” çəkilməli, qiymətləndirilməli və bundan sonra qərar qəbul edilməlidir. Mühəribə edən tərəflərin hərbi -iqtisadi gücü, onların müttəfiqləri, müharibənin gözlənilən nəticələri barədə qiymətləndirmə aparmaq istəmirəm, çünki dövlət başçıları bu sahədə daha məlumatlı olmaqla bərəbər,  daha peşəkar və müdrik insanlardır. Şübhəsiz ki, onların qiymətləndirmələri daha dəqiqdir. Mən sadəcə, müharibə edən tərəflərə münasibəti müzakirə etməyə ehtiyac görürəm. Çünki təkcə azərbaycanlı ziyalılar arasında deyil, Türkiyədə də  müxtəlidairələrdə aparılan müzakirələrdə bir suala aydın, məntiqli cavabdansa, daha ziddiyyətli cavablar eşitmişəmABŞ prezidenti Donald Trampın xarakterinin dəyişkən, hakimiyyət müddətinin davamlılığının da şübhəli olmasına rəğmən, hər halda Türkiyə və Azərbaycana, onların rəhbərlərinə münasibəti müsbətdirİsraillə biz dost, Türkiyə isə düşmən münasibətdir. İranla münasibətə gəldikdə, yuxarıda qeyd etdiyim şərtə görə bu “islam dövlətinin” proksi gücləri ilə müsəlman Körfəz Ölkələrinə münasibəti, farsların türkü “eşşək” adlandırıb aşağılaması onlara qarşı zülm və haqsızlıqları, torpaqlarımızın işğal olunduğu 30 illik müharibə dövründə bizə “yapdıqları, müharibədən əvvəl Yaxın Şərqdən toplanmış muzdlu əsgərlərin təlimatlandırılıb Ermənistana göndərilməsi, torpaqlarımızı azad etməyə başlayarkən ermənilərə kömək üçün sərhədə qoşun yeritməsi cəhdi və s. faktlarla geniş müzakirə açmayacam. Amma  bir faktı da qeyd etməmək mümkün deyil: ruslar və ermənilər tank, top atəşləri altında müsəlman azərbaycanlıları yurd-yuvasından qovub  İranla sərhədi qapadanda İran bu sərhədi özünün “qırmızı xətti” saymadı, diplomatik etiket xatirinə xristian ermənilərə etiraz belə etmədi. Amma bizim o sərhhəddən torpaqlarımızın digər parçası olan Naxçıvana qatarla keçmək imkanımız yarananda sərhədin bu keçidini özünün “qırmızı xətti” elan etdi və qətiyyətlə buna yol verməyəcəyini elan etdi?!Bu faktı ona gərə qeyd etmək vacibdir ki, bu fakt İran rejiminin bizə bundan sonrakı gələcək münasibətiniqeyd-şərtsiz ifadəsidir.

 İngiltərənin əli ilə 900 illik türk hakimiyyətini devirib taxta çıxmış fars rejiminin (hansı formada olur-olsun) Azərbaycanı, Türkiyəni və bütövlükdə türk dünyasını necə, nə üçün sevəcəyini bilmirəm və buna inanmıram! Ona görə də həqiqi sayğı duyduğum cənab Erdoğanın bu aşırı İran sevgisinin səbəbini anlamır və buna cavab tapa bilmirəm! Bizdə qədim bir mahnının sözlərində deyildiyi kimi: “səni sevəcəyəm, sən sevməsən də”... Bəlkə də: “ siyasət belə olur”- cavabı daha təsəllivericidir. Bu gün ərazisinə 3-cü raket atışından sonra Türkiyənin İrana son: “ Çatışmaya karışmamaya özen göstərən Türkiyənin bu təmkinli tavrı, sınırsız hoşgörü anlamına gelmemelidir“- mesajı bu münasibətin də bir həddinin göstəricisidir!

XXX

 Digər məsələ: yüzillərlə tarixi olan türk-yəhudi dostluğuna rəğmən, İsrail dövlətinə aşırı düşmənçiliyin də səbəbini əsaslandıra bilmirəm. Əlbətdə, İsrailin baş naziri Z.Netanyahunun Qəzzada törətdiyi amansız vəhşilikləri unutmaq olmaz və buna qarşı münasibət bildirilməlidir. O, gec-tez haqq və qanun qarşısında cavab verəcək. Onu heç yəhudilər özləri də sevmir. İsrail qəzetlərinin Netanyahu haqqında ittiham dolu yazıları, mintinqlər də bunu təsdiq edir. ABŞ prezidenti Trampın inadlı  xahişinə baxmayaraq İsrail prezidenti İshak Hersok baş nazir Netanyahunun cəzasını əff etmir. Yəqin ki, builki seçkilər onun hakimiyyətinin də sonu olacaq. O, gəlib-keçici şəxsdir.

 Bütün hallarda, bir nəfərin günahına-cinayətinə görə tarixi münasibətlərin üstündən xətt çəkmək doğru deyil.  Bu münasibətlər çox uzaq tarixə söykənməklə onun kökündə genetik qohumluq da dayanır. 7-11 ci əsrlərdə Xəzər Xaqanlığında yaşayan türklərin bir hissəsi Musəviliyi- yəhudi dinin qəbul etmişlər. Bu səbəbdən də  15-16 cı əsrlərdə yəhudilər İspaniyada, İngiltərədə, 1941-45 ci illərdə Almaniyada təqib və soyqrıma məruz qaldıqda türklər hər zaman yəhudiləri himayə etmişlər. Hətta Sultan 2-ci Bəyazidin hakimiyyəti dövründə yəhudilərin mal və can sağlığına qəsd edənlərə qarşı ölüm cəzası nəzərdə tutan fərman verilmişdir.

 Yaxın tarixə  nəzər salsaq görərik ki,  1949-cu ildə Türkiyənin İsraili dövlət kimi tanıdığı vaxtdan başlayaraq hər zaman münasibətləri yüksək səviyyədə olub. 1990-2000-ci illərdə bu iki dövlətin iqtisadi, elmi-texniki, hərbi sahədəki əməkdaşlıqları o dərəcədə yüksək səviyyədə idi ki, bunu yalnız Türkiyə-Azərbaycan münasibətləri ilə müqayisə etmək olar. Bu münasibətlər Fələstinə görə pozulub, cənab İ.Əliyevin vasitəçiliyi ilə qısa müddət bərpa olunsa da, yenə Fələstinə görə pozuldu. O Fələstinə görə ki, İngiltərə və Fransanın vasitəçiliyi ilə Osmanlı Dövlətinə xəyanət edənlərdən biridir. O Fələstinə görə ki, “mən də bir erməniyəm” deyərək erməniləri müdafiə etmiş Yasif Ərafat heç bir zaman müsəlman Azərbaycan dövlətinin haqq səsinə qoşulmadı.

 Nəhayət, o Fələstinə görə ki, heç Ərəb ölkələri indi ona sahib çıxmır. Bununla demək istəmirəm ki, Fələstinin haqqını görməzdən gələk və ona biganə qalaq.

 Sadəcəş indi demək istəyirəm ki,  Fələstinin hüquqlarının qorunması yolunda atılan addımlar Türkiyənin və türk dünyasının mənafelərinə  zərbə vuracaq həddə çatdırılmamalıdır. İsrail  daima Türkiyə ilə münasibətlərini bərpa etməyə çalışır və Cənab Erdoğanın ən sərt münasibət sərgilədiyi zamanlarda da barışıq istəklərini gizlətmirlər. Mən deyərdim ki, əslində, bu münasibətlərin nə zamansa düzələcəyinə ümidi də itirmirlər. Çünki ABŞ-dan sonra Türkiyə ilə güvənli dostluq onun bölgədə təhlükəsizliyi  üçün ən güclü təminatdır. Məsələyə əks tərəfdən baxdıqda, Türkiyə güclü dövlət olduğu üçün onunla düşmənçilik İsrail üçün İrandan daha böyük təhlükə yaradir. Bu İsraili Türkiyəyə qarşı güc bloku yaratmağa məcbur edir. Bu bloka  mənafeləri Türkiyənin mənafeləri ilə toqquşan dövlətlər və proksi güclər daxildir. Əgər Yunanıstan, Kipr kimi dövlətlərin Türkiyəyə düşmənçiliyin qızışdırılması böyük təhlükə yaratmırsa  da, İsrail daha strateji istiqamətlərdə pozuculuq fəaliyyətini davam etdirəcək. Məsələn, ABŞ ilə Türkiyə münasibətlərinin pozulması üçün hər zaman bütün imkan və vasitələrdən istifadə edəcək. Cənab Erdoğanın “ Ey İsrail, əcəlin çatıb”, “ bir gün gözünü açdıqda bizi qapında görəcəksən” hədələrinə İsrail də- “ İrandan sonra növbə Türkiyənindir” planlarının reallaşmasına çalışacaq… Tarixi ənənələrin davamı olaraq hər iki tərəfə redional təhlükəsizlik, elmi-texniki və iqtisadi güc qazandıran bu  münasibətlərin düşmənlik səviyyəsinə çatmasının Fələstin məsələsindən başqa səbəbini görmürəm. Əgər münasibətlərin bugünkü istiqamətdə deyil, əks istiqamətdə inkişaf etmiş olduğunu təsəvvür etsək, yəqinki fərqli baxış bucaqlarından fərqli nəticələr görünəcək!

         Beləliklə, İranla müharibədə İsrailin planlaşdırdığı məsələlərdən biri də Türkiyənin türk dünyasına çıxan quru yolunun qapatmaqdır. Əslində, bu planın reallaşması üçün 10 ildən artıq bir müddətdir ki, hazırlıq  işləri görülür. Qısaca izah etsək, bu plan Cənubi Azərbaycan torpaqlarında Türkiyə, Naxçıvan, Zəngəzur koridoru boyu bütün ərazilərdə kürdləri yerləsdirməklə Türkiyənin digər türk dövlətlərinə birbaşa, çıxışını bağlamaqdır.
 Türkiyə və Azərbaycan bu istiqamətdə quru keçidi kimi yalnız Zəngəzur dəhlizindən asılı vəziyyətə düşür. Bu dəhliz də hələlik açılmayıb, açılsa da  Amerikalıların tabeliyində olacaq. “Tramp Dəhlizi” kimi D.Trampın hakimiyyəti dövründə maksimum 2.5 il işlədikdən sonra yeni ABŞ prezidenti dövründə hansı problemlər çıxarılacaq, indidən demək çətindir. ABŞ-la Türkiyənin münasibətlərini pozmaq İsrail üçün mümkün variantlardan biridır. Hələlik İsrail üçün vacib olan cənubdan bu sərhədləri birdəfəlik bağlamaqdır. Kürd proksi güclərini silahlandıran və maliyyələşdirən dövlətlərdən biri kimi ABŞ və İsrailin həmin silahlı güclərlə daha əvvəldən razılaşmaları var və artıq  həmin ərazilərə xeyli sayda kürdlər yerləşdirilib. Amma bütövlükdə kürd rəhbərliyi buna “ biz muzdlu ordu olmaq istəmirik” deyə razılıq verməyiblər. Amma bu qəti rədd cavabı deyil, bazarlıq üçün cavabdır. Yəni, bu o deməkdir ki, “siz 100 ildən artıqdır ki, bizi silahlandırıb öz məqsədləriniz üçün istifadə edirsiniz, lakin “sizə müstəqil dövlət quracayıq” vədinə əməl etmirsiniz, Əgər vədin icrasına təminat olacaqsa, razılıq da olacaq”.
 Bu planın reallaşması Türkiyə, Azərbaycan və cənubda yaşayan 40 milyonluq türk toplumu üçün ağır nəticələr yaratmış olur. Onun qarşısı alınmasa, bu, cənubda ikinci Qarabağ faciəsinin yaşanması təhlükəsini yaradır.
 Türkiyə və Azərbaycanın müharibəyə qoşulması və kürdlərin həmin ərazidən silah gücünə çıxarılması isə Türkiyə ilə kürdlərin yeni qurulmuş kövrək sülh razılaşmasına təsirsiz qalmır. Bunun inkişaf dinamikası və nəticələrinin hesablanması isə mənim imkanlarım xaricindədir. Amma bu planın gündəlikdə qalıb- qalmayacağı baxımından onun əks arqumentlərinin təhlilə ehtiyac vardır.

Əslində, 
İsrailin Türkiyəyə ilə düşmənçiliyi onun bu müharibədəki planlarını reallaşmağa imkan vermir. Türkiyə və Azərbaycanın müharibədə İrana qarşı tərəf kimi iştrak edəcəyini ABŞ, həm də İsrail yüksək ehtimal kimi qiymətləndirirdi. Bu, İranda yaşayan azərbaycan türklərinin və bütövlükdə türk toplumunun hüquqlarının qorunmasına yönəlik həssaslığa hesablanmışdı və hadisələrin bu istiqamətdə inkişafını arzu edirdilər. Məsələ ondadır ki, ABŞ və İsrail müharibənin birinci on günündə İranın hərbi qüvvələrinə nəzərdə tutulduğundan da artıq zərər yetirməyə müvəffəq olmuşdu. D.Trampın “qrafiki qabaqlayırıq” ifadəsi reallığı əks etdirirdi. Buraya hərbi və siyasi elitanın məhvi, hərbi bazaların, silah istehsalı obyektlərinin  və anbarlarınınhərbi komanda mərkəzlərinin vurulması, hərbi donanmanın məhvi və sməlumatlar hamıya bəlli olduğu üçün detallar üzərində dayanmıram. Dağınıqbaşsız qalmış SEPAH –ın orta və aşağı rütbəli heyəti  əvvəlcədən işlənmiş əməliyyat planlarına uyğun şəkildə məhdud ehtiyatlarla raket və dron atəşlərini davam etdirsələr də, ordu şəklində meydanda yoxdur. Təhlükəsizlik üçün kiçik qruplarla məktəblərdə, xəstəxanalarda və digər mülki obyektlərdə  gizlənirlər. Buna baxmayaraq, əhalinin keçən ilin iyun ayında nümayiş etdirdiyi kütləvi etirazları yoxdur(D.Tramp bu imkanı keçən il İsrailin əlindən aldı ). Bəllidir ki, Türkiyə və Azərbaycanın müdaxiləsi olmasa İranda say çoxluğu təşkil edən türklər hakimiyyətə qarşı ayağa qalxmayacaq. Bu halda hakimiyyəti dəyişmək üçün ən güclü vasitədən- xalq hərəkatının gücündən məhrum olacaq. ABŞ və İsrail anladı ki, bu vəziyyətdə hava hücumlarını 1 il  davam etdirsə belə rejim dəyişikliyinə nail ola bilməyəcək. Bu isə 3-5 ildən sonra vəziyyətin  daha aqressiv formada təkrarlanması ilə nəticələnəcəkYeganə çıxış yolu əraziyə güclü quru qoşunları yeritməkdir. Bunun üçün isə  ABŞ-ın bölgəyə gətirdiyi heyət və İsrailin məhdud piyada qoşunlarının gücü kifayət etmir. Onlar bu problemi həll edə bilməyib daha çox itki verəcəklər. Bu səbəbdən ABŞ və İsrail vəziyyətdən çıxmaq üçün Türkiyə və Azərbaycanın bölgəyə girməsini istəyir. Gözlənilən nəticə baş vermədikdə zəif də olsa yeganə ümid kürd proksi güclərinə qalır. Bu addımın nəticələri necə ola bilər?…
XXX

 İsraildə yaşayan, 30 illik işğal və 44 günlük müharibə dövründə azərbaycanı müdafiə edən, məqalə və çıxışları ilə  Azərbaycan həqiqətlərini İsraildən yayan bir tele-jurnalist dostuma  bir mətn göndərmişəm və xahiş etmişəm ki, imkan daxilində bunu Azərbaycandan sıravi bir vətəndaş mövqeyi kimi efirdəsəsləndirsin ki, bəlkə İsrailin müvafiq dairələrinin diqqətinə çatar. Hazırda təhlükəsizliklə əlaqədar o studiya çalışmır, imkan olduğu halda səsləndirəcəyinə söz verib. Orada göstərirəm ki, hadisələrin gedişindən asılı olaraq əgər İranda şah rejimini bərpa etməklə və ya Azərbaycan ərazilərinin verilməsi hesabına  kürd silahlılarının gücü ilə hər hansı sistem qurulacaqsa, bunun heç bir nəticəsi və prespektivi olmayacaq. Ümumiyyətlə, Azərbaycan türklərini qane etməyən, onların maraqlarına zidd istənilən sistem dəyişikliyi olacaqsa, bütövlükdə 60 milyonluq türk ayağa qalxıb o sistemi dağıdacaq.  

Dostum məndən soruşur ki, bəs onda niyə Türkiyə və siz bizimlə birlikdə hərəkət edib xalqı ayağa qaldırmır və rejimi yıxmırsınız?Cavab verdim ki, bizim hər iki prezidentimiz uzaqğörən və müdrik insanlardır. Onlar nəyin necə olduğunu dəqiq bilmədən, nəticələrini hesablamadan boşuna addım atmazlar. Onlar nəyi nə zaman- necə etməyi  bilir və lazım olduğu vaxtda lazım olan addımları atacaqlar!

Təqdim etdi: Asif MƏRZİLİ


Избранный
76
azia.az

1Источники