RU

Pensiya sistemində BÖYÜK DƏYİŞİKLİKLƏR gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər VİDEO

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycanda özəl pensiya fondlarının yaradılması gözlənilir.

Oxu.Az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, hazırda bununla bağlı qanun layihəsinin hazırlanması prosesi gedir. Bu fondların yaradılması üçün 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanır.

Pensiya sistemində BÖYÜK DƏYİŞİKLİKLƏR gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər - VİDEO

Onun sözlərinə görə, vətəndaşlar pensiya kapitalının bir hissəsini özəl pensiya fondlarına yönəltmək imkanı əldə edəcəklər. Belə ki, vətəndaş 50-55 yaşlarında topladığı pensiya kapitalının bir hissəsini birbaşa götürərək biznes qurmaq, təsərrüfat yaratmaq, ev almaq və ya digər məqsədlər üçün istifadə edə biləcək. Pensiya kapitalının Dövlət Sosial Müdafiə Fondu (DSMF) hesabında qalan hissəsindən isə təqaüd almaqda davam edəcək.

Bildirilib ki, birbaşa götürülə biləcək pensiya ödənişi ümumi məbləğin təxminən 50-70 faizi civarında ola bilər. Bununla belə, vətəndaşların bu sistemə qoşula biləcəyi yaş, eləcə də birbaşa ödəniləcək pensiya məbləği və digər mexanizmlər hələ də müzakirə mərhələsindədir.

Deputat qeyd edib ki, bir çox ölkələrdə pensiya yaşı tamam olmadan da özəl pensiya fondlarında toplanmış vəsaitlərin bir hissəsini əvvəlcədən əldə etmək mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
45
13
oxu.az

10Источники