RU

İran daha bir generalın ölümünü təsdiqlədi

İran hərbi rəhbərliyi briqada generalı Abdulla Cəlali-Nəsəbin İsrail Müdafiə Ordusunun zərbəsi nəticəsində həlak olduğunu rəsmən elan edib. Bu barədə İranın dövlət agentliyi IRNA ordunun bəyanatına istinadən məlumat yayıb.

Musavat.com xəbər verir ki, general Cəlali-Nəsəb İran Hərbi Hava Qüvvələrinin strukturunda mühüm vəzifə tutub.

Qeyd edək ki, bir qədər əvvəl SAXAL Tehranda Abdulla Cəlali-Nəsəb və Əmir Şəriətin zərərsizləşdirildiyini açıqlamış, onları birbaşa ali liderə tabe olan "Xatəm əl-Ənbiya" qərargahının yüksək rütbəli kəşfiyyat rəsmiləri kimi təqdim etmişdi. İsrail tərəfinin məlumatına görə, onlar fevralın 28-də sələfləri Saleh Əsədinin öldürülməsindən sonra rəhbər vəzifələrin icraçısı təyin olunmuşdular.

Musavat.com

Избранный
80
42
musavat.com

10Источники