RU

“YouTube”un bu funksiyası geri qayıdıb

“YouTube” birbaşa mesajlaşma funksiyasını yenidən sınaqdan keçirməyə başlayıb. Platforma artıq istifadəçilərə bir-birlərinə birbaşa mesaj göndərməyə imkan yaradır. Şirkət bu funksiyanı ilk dəfə 2025-ci ilin noyabr ayında məhdud şəkildə sınaqdan keçirmişdi və o zaman yalnız İrlandiya və Polşadakı istifadəçilər istifadə edə bilirdi.

2026-cı il martın 3-də təqdim edilən yeniləmə ilə funksiyanın əhatə dairəsi genişləndirilib. O artıq Avropanın 31 ölkəsində sınaqdan keçirilir. Siyahıya Avstriya, Belçika, Almaniya, Yunanıstan, Fransa və İtaliya kimi ölkələr daxildir.

Mesajlaşma funksiyasından istifadə etmək üçün istifadəçilər 18 yaşdan yuxarı olduqlarını təsdiqləməlidirlər. Bu proses üçün “Google” süni intellektlə işləyən yaş təsdiqləmə sistemindən istifadə edir və bəzi hallarda istifadəçinin izləmə vərdişlərini də analiz edir. Yeni sistem videoların dostlarla paylaşılmasını asanlaşdırmaq məqsədi daşıyır. İstifadəçilər artıq videoları link kopyalamadan birbaşa mesaj vasitəsilə göndərə bilirlər.

Yeni funksiya “YouTube Premium” və “YouTube Premium Lite” abunəliyi ilə bağlı deyil və istifadəyə verildiyi ölkələrdə bütün istifadəçilər üçün əlçatandır.

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Избранный
59
azerbaijan-news.az

1Источники