RU

Qəndəharda "Kəşfiyyat Şoku": Pakistan Talibanın beyin mərkəzini məhv etdi

Pakistan Hərbi Hava Qüvvələri "Taliban" hərəkatının Qəndəhardakı kəşfiyyat idarəsinin binasına qarşı genişmiqyaslı hava əməliyyatı keçirib.

Musavat.com xəbər verir ki, hücum anında binada xüsusi xidmət orqanlarının yüksək rütbəli rəhbərliyinin gizli iclası keçirilirmiş və nəticədə iştirakçıların demək olar ki, hamısı məhv edilib.

Pakistan aviasiyasının endirdiyi dəqiq zərbələr nəticəsində "Taliban"ın kəşfiyyat elitasına ağır zərbə vurulub. Məxfi toplantının hədəf alınması əməliyyatın öncədən planlaşdırılmış kəşfiyyat məlumatları əsasında həyata keçirildiyini göstərir.

Musavat.com

Избранный
29
50
musavat.com

10Источники