RU

Fransada yeni nüvə aviadaşıyıcısının hazırlanması planlaşdırılır

Bakı. Trend:

Fransa Prezidenti Emmanuel Makron martın 18-də Nantyaxınlığındakı İndre bölgəsində inşa edilən yeni aviadaşıyıcınıntikinti sahəsinə səfər edəcək.

Trend xəbər verir ki, busəfər zamanı dövlət başçısının gələcək gəminin adını açıqlayacağıgözlənilir. Yeni aviadaşıyıcı hazırda Fransa donanmasının əsasgəmisi olan “Charles de Gaulle”u əvəz edəcək. Prezident tərəfindənötən ilin dekabrında rəsmiləşdirilən layihəyə əsasən, yeni gəmiəvvəlki modeldən xeyli böyük olacaq. Onun yerdəyişməsi 80 min ton,uzunluğu isə təxminən 310 metr olacaq. Müqayisə üçün mövcudaviadaşıyıcının çəkisi 42 min ton, uzunluğu isə 261 metrdir.

Yeni gəmidə təxminən 2000 nəfərlik ekipaj xidmət edəcək və o, 30döyüş təyyarəsini daşımaq imkanına malik olacaq.

Makronun səfəri “Naval Group” şirkətinin İndredə yerləşənistehsal sahəsində baş tutacaq. Məhz burada gələcək aviadaşıyıcınıniki nüvə reaktoru istehsal ediləcək.

Gəminin əsas montajı “Chantiers de l’Atlantique” tərsanəsində,Nant yaxınlığındakı Saint-Nazaire şəhərində həyata keçiriləcək.

Yelisey Sarayının məlumatına görə, layihədə ölkə üzrə 800-dənçox şirkət iştirak edir və onların əhəmiyyətli hissəsi kiçik vəorta müəssisələrdir. Hakimiyyət bu proqramın həm də yüksəktexnologiyalar sahəsində innovasiya və elmi-tədqiqatlarıninkişafına töhfə verdiyini bildirir.

Hazırda Yaxın Şərqdəki müharibə fonunda Aralıq dənizininşərqində yerləşdirilən “Charles de Gaulle” kimi yeni aviadaşıyıcıda nüvə enerjisi ilə işləyəcək.

Planlara əsasən, yeni nəsil fransız aviadaşıyıcısının 2038-ciildə Fransa donanmasının xidmətinə daxil olması nəzərdə tutulur. Bugəmi ölkənin sularda hərbi mövcudluğunu və strateji təsirimkanlarını uzunmüddətli perspektivdə qorumağa xidmət edəcək.

Избранный
47
5
az.trend.az

6Источники