RU

Tokioda üç çamadan nağd pul oğurlayan yakudza üzvləri saxlanıldı

BAKI, 15 mart. TELEQRAF

Yaponiyanın paytaxtı Tokioda üç çamadan nağd pulun oğurlanması ilə bağlı keçirilən əməliyyat zamanı yakudza mafiyasının üzvləri də daxil olmaqla yeddi nəfər saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Məlumata görə, Tokio polisi yanvarın sonunda paytaxtda baş verən quldurluq hadisəsi ilə əlaqədar yeddi şübhəlini həbs edib. Saxlanılanlar arasında Yaponiyanın ən böyük mafiya sindikatı olan Yamaquçi-qumi qruplaşmasının 21 yaşlı üzvü də var.

Polis saxlanılan şəxslərin həmin gün Tokio Haneda hava limanının beynəlxalq terminalının dayanacağında baş vermiş başqa bir quldurluq cəhdi ilə də əlaqəsini araşdırır.

Həmin hadisə zamanı naməlum şəxslər üzərində bir neçə yüz milyon yen olan pul daşıyıcılarına hücum ediblər. Lakin onlar pulu ələ keçirə bilməyiblər. Bildirilir ki, pul daşıyıcılarından biri daha sonra vəsaiti apardığı Honkonqda qarət edilib.

Избранный
114
teleqraf.com

1Источники