RU

Basketbol Liqasında turun son akkordu: NTD “Şəki” ilə üz üzə

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan Basketbol Liqasında 19-cu tura bu gün keçiriləcək bir oyunla yekun vurulacaq. Günün yeganə matçı A qrupunda yer alan kollektivlər arasında baş tutacaq.

İdman.Biz xəbər verir ki, turun son qarşılaşmasında NTD və “Şəki” basketbolçuları qüvvələrini sınayacaqlar. Bakı İdman Sarayında təşkil olunacaq oyunun start fiti saat 17:00-da səslənəcək.

Hazırda hər iki komandanın aktivində 20 xal var. Turnir cədvəlindəki mövqelərinə görə NTD beşinci pillədə qərarlaşdığı halda, “Şəki” altıncı - sonuncu yerdədir. Bu görüş hər iki klub üçün cədvəldə irəliləmək baxımından böyük əhəmiyyət kəsb edir.

Xatırladaq ki, turun əvvəlki oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Ordu” - “Sumqayıt” (121:98)

“Naxçıvan” - “Sərhədçi” (83:67)

“Quba” - “Lənkəran” (95:88)

“Abşeron Lions” - “Neftçi” (107:87)

“Sabah” - “Gəncə” (87:73)

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
39
1
icma.az

2Источники