RU

Ağcabədidə avtomobil dərəyə aşdı – 4 yaralı var

Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az-ın xəbərinə görə, hadisə rayonun Rəncbərlər kəndi ərazisində qeydə alınıb.

Mehralızadə Saya Vüsal oğlunun idarə etdiyi “Chevrolet” markalı avtomobil İsmayılov Rövşən Sərdar oğluna məxsus “VAZ-2106” markalı avtomobillə toqquşub.

Zərbənin təsirindən “VAZ-2106” yol kənarındakı dərəyə aşıb.

Qəza nəticəsində “VAZ-2106”nın sürücüsü Rövşən İsmayılov, sərnişini Elçin Məmmədov, həmçinin “Chevrolet”in sürücüsü Saya Mehralızadə və sərnişini, 1996-cı il təvəllüdlü Günel Mehralıyeva xəsarət alıblar.

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, faktla bağlı araşdırma aparılır.

Избранный
19
8
nocomment.az

10Источники