RU

İsrail "Hizbullah"a qarşı əməliyyat keçirib

İsrail ordusu Livanın müxtəlif bölgələrində "Hizbullah"hərəkatının obyektlərinə yeni zərbələr endirib.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, digər hədəflərlə yanaşı, İsrail istiqamətində buraxılışa hazır vəziyyətdə olan raket qurğuları və paytaxt Beyrutda "Radvan" xüsusi təyinatlı qüvvələrinin bir neçə qərargahı hücuma məruz qalıb.

İsrail hərbçilərinin qiymətləndirməsinə görə, "Hizbullah"a qarşı keçirilən hazırkı əməliyyat zamanı İsrail təşkilatın idarəetmə, maliyyə və silah ehtiyatları sahəsindəki imkanlarına ciddi ziyan vurmağa nail olub.

Избранный
11
3
moderator.az

4Источники