RU

Gümüş medal qazanan güləşçi: Rusiyalı idmançıdan revanş alacağam

Zrenyanin, 15 mart, AZƏRTAC

Müəyyən səhvlərə yol verdiyim üçün qızıl medal qazana bilmədim.

AZERTAC xəbər verir ki, bu sözləri Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında gümüş medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Fərid Sadıxlı (55 kiloqram ) deyib.

O, rusiyalı rəqibi Alibek Amirovdan gələcəkdə revanş alacağını söyləyib: "Səhvlərim üzərində işləyib qarşıdakı dünya çempionatında daha yaxşı olmaq istəyirəm. Orada qızıl medal əldə etməyi hədəfləyirəm".

Qeyd edək ki, Azərbaycan U-23 Avropa çempionatında indiyədək ümumilikdə 13 medal qazanıb.

Müxbir - Cavid Əliyev

Избранный
68
2
azertag.az

3Источники