RU

ÇL-də “Barsa”-“Real” finalı tarixin ən yaxşı matçlarından biri olardı

“Barselona”nın polşalı hücumçusu Robert Levandovski Çempionlar Liqasının finalında iki İspaniya klubunun qarşılaşmasını istəyir.

Publika.az xəbər verir ki, Levandovski bu barədə “Mundo Deportivo”ya danışıb.

37 yaşlı hücumçu ÇL-in finalında “el klasiko”nun futbol azarkeşləri üçün ən yaxşı Avropa finalı olacağına inanır.

“Bu, dünya və azarkeşlər üçün həyəcanverici bir matç olardı. “Barsa”-“Real” finalı tarixin ən yaxşı matçlarından biri olardı. Bu, misli görünməmiş, möhtəşəm bir şey olardı”, – Levandovski deyib.

Избранный
20
publika.az

1Источники