RU

Azərbaycanda arı saxlayanlar və arı ailələri azalıb

Azərbaycanda arıçılıqla məşğul olan təsərrüfatların və arı ailələrinin sayında kəskin azalma baş verib.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Statistika Komitəsi tərəfindən təşkil olunmuş statistik müşahidənin nəticələrinə görə 2025-ci ildə Azərbaycanda arıçılıqla məşğul olan 29 456 təsərrüfat mövcud olub. Bu təsərrüfatlarda 545,1 min arı ailəsi saxlanılıb.

2024-cü illə müqayisədə arıçılıqla məşğul olan təsərrüfatların sayı 1200 ədəd azalıb. Belə ki, 2024-cü ilin sonuna ölkədə 30 mindən artıq, daha dəqiqi 30 601 arıçılıq təsərrüfatı var idi.

Son bir ildə ölkədəki arı ailələrinin sayında da ciddi azalma var. Belə ki, 2024-cü ildə arı ailələrinin sayı 579 min idi, başqa sözlə, son bir ildə arı ailələrinin sayı 34 min ədəd və ya 5,8% azalıb.

Избранный
16
fed.az

1Источники