"3 oğlum məktəblidir, qızım universitetdə ikinci kursda oxuyur. Böyük oğlum universitetə hazırlaşır. Həyat yoldaşım da tələbədir, ikinci təhsil alır. İdarəçilik Akademiyasında (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası - red.) üçüncü kursda oxuyur. Qadın sənətçi səhnədə qızıl ortanı tapmalıdır. Hər şey qədərində gözəldir. Çox azadlıq verəndə, cığırından çıxar. Çox zəncirləyərsən, zəncirini açanda qopar. Görməmiş olar. Ona görə də səhnədə də, sənətdə də, qızıl orta olmalıdır. Bir də məsuliyyət olmalıdır: səhnədə özümü, sənəti, mədəniyyəti göstərirəm?".
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта