RU

Mbappe yenidən yaşıl meydanlarda

ain.az bildirir, Qol.az saytına əsaslanaraq.

Mbappe yenidən yaşıl meydanlarda

"Real"ın ulduz hücumçusu Kilian Mbappe uzunmüddətli fasilədən sonra yaşıl meydanlara qayıdır.

QOL.az xəbər verir ki, "Onda Cero" radiosunun yaydığı məlumata görə, 27 yaşlı fransalı forvard komandanın ümumi məşqlərinə qatılıb. Dizindəki zədə səbəbindən "kral klubu"nun həm La Liqa, həm də Çempionlar Liqasındakı son 5 oyununu buraxan Mbappe artıq kollektivlə birlikdə Mançester səfərinə yollanmağa hazırdır.

Beləliklə, futbolçunun "Mançester Siti"yə qarşı keçiriləcək 1/8 finalın cavab qarşılaşmasında meydana çıxmaq ehtimalı olduqca yüksəkdir. 

Qeyd edək ki, "Mançester Siti" - "Real" matçı martın 17-də Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Xatırladaq ki, Madriddə baş tutan ilk oyunda "Real" rəqibini 3:0 hesabı ilə məğlub edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
43
qol.az

10Источники