RU

Azərbaycanda heyvan ətinin satışı ilə bağlı yeni qadağa tətbiq ediləcək?

Azərbaycanda ənənəvi olmayan və ölkədə istehlakı geniş yayılmayan heyvan ətlərinin satışına qadağa qoyulması təklif olunur. Bu məsələ 2025-ci il üzrə Nazirlər Kabinetinin hesabatında yer alıb.

Sənəddə qeyd olunur ki, son dövrlərdə satışa çıxarılan mənşəyi məlum olmayan ətlər kütləvi zəhərlənmələrə və müxtəlif xəstəliklərə səbəb ola bilər, həmçinin cəmiyyətdə ciddi narahatlıq yaradır. Ət satışında konkret qadağaların olmaması bəzi işbazların bundan sui-istifadə etməsinə imkan verir. Təklifdə o da vurğulanır ki, ənənəvi olmayan və ölkəmizdə istehlakı yayılmayan heyvanların siyahısı hazırlanmalı, həmin kateqoriyaya aid ətlərin satışına məhdudiyyət qoyulmalıdır.

Bəs belə qadağalar əhalinin sağlamlığını qorumaqla yanaşı, bazar iqtisadiyyatına necə təsir göstərə bilər?

Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, ilk növbədə həmin siyahının necə tərtib ediləcəyinə baxmaq lazımdır.

Onun sözlərinə görə, “ənənəvi olmayan” sözünün nəyi ifadə etdiyi tam aydın deyil:

Избранный
18
5
publika.az

6Источники