Ajans.az xəbər verir ki, Qusarın Şirvanlı kəndi ərazisində "Mercedes" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində aşıb. Qəza zamanı avtomobildə olan 5 nəfər ağır yaralanıb. Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. İlkin məlumata görə onlardan üçünün vəziyyəti ağırdır. Xəsarət alanlardan ikisi əməliyyata götürülüb.