"Football-plus.az" xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Sxadadze oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
"Bərabər oyun keçdi. Matça çox yaxşı başlamışdıq. Təəssüf ki, çox sadə qollar buraxdıq. Bu səviyyədə belə səhvlərə yol vermək olmaz. Özü də "Neftçi" kimi komandalara qarşı. Psixoloji baxımdan işləmək lazımdı. Görünən odu ki, futbolçularda psixoloji baxımdan problem var. Fiziki cəhətdən hər hansı bir problemimizin olduğunu düşünmürəm. Müəyyən müddətdi burda işləyirəm. Bəzi azarkeşlərin istefaya səsləməsini anlamıram. Avropada bu cür hallarda komandaya və baş məşqçiyə sona qədər dəstək olurlar. İstefaya səsləyənlər 13-14 yaşlı uşaqlardı".