Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.
Məktəbli uşaqlarla sağlam münasibət qurmaq hər valideynin qarşısında duran əsas çağırışlardan biridir.Demokrat.az-ın məlumatına görə Psixoloq Marina Volkova valideynlərin bu prosesdə tez-tez təkrarladığı və münasibətlərə zərər vuran səhvləri açıqlayıb."Ən ciddi səhvlərdən biri valideynin öz şəxsi problemlərini və ya həyat yoldaşına olan qəzəbini övladına yönəltməsidir. Məsələn, ev işlərində kömək görməyən qadın öz narazılığını həyat yoldaşına bildirməkdənsə, məktəbli uşağını tənqid edərək ona vicdan əzabı çəkdirməyə çalışır. Bu cür yanaşma uşağın özünü günahkar və anlaşılmamış hiss etməsinə səbəb olur.Digər bir problem isə emosiyaların idarə edilməməsidir. Uşağın davranışını tənqid etmək əvəzinə onun şəxsiyyətinə hücum etmək, məsələn, "tapşırığını etməmisən" yerinə "sən tənbəlsən" demək, uşağın dünyasına çox dərin yaralar vurur. Valideynlər unutmamalıdırlar ki, uşaq böyüdükcə onun müstəqil şəxsiyyəti formalaşır və bu prosesi qəbul etmək lazımdır".Psixoloq həmçinin yalnız qiymətlərə köklənməyin təhlükəsindən xəbərdarlıq edir. Uşağın daxili dünyası ilə maraqlanmayıb, yalnız təhsil uğurlarına önəm verdikdə ailə üzvləri arasında təbii ünsiyyət kopur. Uşağın hisslərini "əhəmiyyətsiz" saymaq və ya "mən də belə keçmişəm" kimi cümlələrlə onun problemlərini kiçiltmək, uşağın özünə qapanmasına və valideyndən uzaqlaşmasına gətirib çıxarır.Sağlam ünsiyyət üçün valideynlər övladlarına öz mövqelərini diktə etmək əvəzinə, səmimi maraqla qulaq asmağı öyrənməlidirlər. Uşağa suallar vermək və onun fikirlərinə hörmətlə yanaşmaq etibarlı münasibətin əsasıdır.İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.