RU

Referendum günü doğulan körpəyə KONKRET

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qazaxıstanda yeni konstitusiya ilə bağlı keçirilən referendum günü doğulan oğlan uşağına qeyri-adi ad qoyulub.

KONKRET.az xəbər verir ki, körpəyə “Atazan” (“Əcdadlar qanunu” mənasını verir – red.) adı qoyulub.

Manqistau Vilayətinin İctimai Kommunikasiya Mərkəzinin mətbuat xidmətinin yaydığı məlumata görə, o, böyük bir ailənin doqquzuncu övladı olaraq dünyaya gəlib.

Valideynlər etiraf edirlər ki, ölkə üçün belə bir vacib gündə oğullarının dünyaya gəlməsi onlar üçün böyük sevinc olub və bu, ömürlük xatırlanacaq xatirədir.

“Bu hadisənin ailəmizin tarixində əbədi qalması üçün ona Atazan adını verməyə qərar verdik. İstəyirik ki, o, layiqli bir insan kimi böyüsün, vətənini sevsin və ölkəmizə xidmət etsin”, – deyə yeni doğulmuş körpənin anası bildirib. publika.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
46
3
konkret.az

4Источники