RU

Qavi uzunmüddətli zədədən sonra 10 dəqiqə oynadı

İspaniyanın “Barselona” futbol komandasının və İspaniya millisinin yarımmüdafiəçisi Pablo Qavi yaşıl meydanlara geri dönüb.

İdman.Biz xəbər verir ki, gənc yarımmüdafiəçi uzun sürən reabilitasiya dövründən sonra ilk dəfə əvəzetmədən meydana çıxıb. O, “Barselona” - “Sevilya” qarşılaşmasının 83-cü dəqiqəsində het-trik müəllifi olan Rafinyanı əvəzləyib.

Xatırladaq ki, 21 yaşlı futbolçu ilk dəfə 2023-cü ilin noyabrında İspaniya millisinin Gürcüstana qarşı oyununda dizindən ağır zədə almışdı. Ön çarpaz bağların qırılması və menisk zədəsi səbəbindən o, təxminən bir ilə yaxın müddətdə futboldan uzaq qalmalı olub. Daha sonra qısamüddətli yaşıl meydanlara dönsə də, yenidən zədə səbəbindən oyunlara fasilə vermişdi.

İdman.Biz
Избранный
86
idman.biz

1Источники