RU

Avropadakı bəzi evlərdə niyə yanaşı iki unitaz var?

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Tualet mədəniyyəti ölkədən ölkəyə fərqlənir. İtaliya, Fransa və Portuqaliya kimi Avropa ölkələrində hamamlarda gördüyünüz o yanaşı iki "unitaz" əslində bir-birindən ayrıla bilməyən cütlüklər üçün nəzərdə tutulmayıb

Milli.Az xəbər verir ki, bu iki qurğudan biri bizim bildiyimiz normal unitazdır. Digəri isə "Bide" (Bidet) adlanan şəxsi gigiyena qurğusudur.

Bizim mədəniyyətimizdə unitazın daxilində olan "təharət kranı" Avropa ölkələrində çox vaxt ayrıca bir qurğu şəklində dizayn edilir.

İnsan tualet ehtiyacını unitazda ödədikdən sonra yan tərəfdəki bideyə keçərək su ilə təmizlənir.

"Bide" sözü fransızca "kiçik at" mənasını verir. Bu ad, qurğudan istifadə edən şəxsin onun üzərində oturuş pozisiyasının (at minməyə bənzər) təsirindən yaranıb.

Bu qurğu sadəcə tualet sonrası təmizlik üçün deyil, digər məqsədlər üçün də əlverişlidir:

Avropalılar gün sonunda ayaqlarını yumaq üçün çox vaxt bidedən istifadə edirlər.

Kiçik uşaqların əl-üz yumasını asanlaşdırır.

Həm qadınlar, həm də uşaqlar üçün daha rahat və hərtərəfli şəxsi gigiyena təmin edir.

Zaman keçdikcə bidelər dəyişib. Bu gün sadəcə mexaniki deyil, həm də suyun temperaturunu və təzyiqini tənzimləyən elektron bide modelləri müasir banyoların əvəzolunmaz bir parçasına çevrilib.Lalə Qüdrətova

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
53
1
news.milli.az

10Источники