RU

Böyük Britaniyanın desant gəmisi “RFA Lyme Bay” hərbi dəniz bazasını tərk edib

Bakı. Trend:

Böyük Britaniya Dəniz Qüvvələrinin desant gəmisi “RFA Lyme Bay”təlim və manevrlərdə iştirak etmək üçün Cəbəllütariqdəki hərbidəniz bazasını tərk edib.

Trend xəbər verirki, bu barədə məlumat “Sky News” kanalının Böyük Britaniya MüdafiəNazirliyinin nümayəndəsinə istinadən yayılıb.

Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, “RFA Lyme Bay təlim vəmanevrlər üçün dənizə çıxıb. Şərqi Aralıq dənizində dənizmissiyaları zamanı gəmidən istifadə etmək lazım gələrsə, o, ehtiyattədbiri olaraq yüksək hazırlıq vəziyyətindədir”.

“Lyme Bay” Böyük Britaniyanın Köməkçi Donanmasının tərkibinədaxildir və tez-tez humanitar yardım göstərmək və ya üzən xəstəxanafunksiyasını yerinə yetirmək üçün istifadə olunur.

Gəmi həmçinin aviasiya platforması kimi fəaliyyət göstərə bilərvə onun üzərində “Chinook” və “Merlin” helikopterləri, eləcə də“Osprey” tiltrotor təyyarələri yerləşdirilə bilər.

Избранный
102
az.trend.az

1Источники