Dubay Mülki Aviasiya İdarəsi pilotsuz uçuş aparatı (PUA) və yanacaq çəninin yanması ilə bağlı hadisədən sonra yerli hava limanında uçuş əməliyyatlarını müvəqqəti olaraq dayandırıb.
Ucnoqte.az bildirir ki, əmirlik hökumətinin mətbuat xidməti bu barədə məlumat verib.
Açıqlamada deyilir ki, Dubay Mülki Aviasiya İdarəsi sərnişinlərin və işçilərin təhlükəsizliyini təmin etmək üçün ehtiyat tədbiri olaraq Dubay Beynəlxalq Hava Limanında giriş və çıxış uçuşlarının müvəqqəti olaraq dayandırıldığını elan edir.
Hakimiyyət orqanları sərnişinlərə uçuş statusu haqqında məlumat almaq üçün aviaşirkətləri ilə əlaqə saxlamağı tövsiyə edib.
DOĞRU.AZ