RU

Ağrıkəsicilərin böyrəyi məhv etmə müddəti açıqlandı

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Həddindən artıq dərman istifadəsi, xüsusilə də qeyri-steroid iltihab əleyhinə preparatlar və bəzi antibiotiklər böyrəklərdə geri dönməz fəsadlara yol aça bilər. Moskva şəhərinin baş nefroloqu Oleq Kotenko bildirib ki, bu preparatların daimi qəbulu 5-10 il ərzində xroniki böyrək çatışmazlığının inkişafına səbəb olur.Demokrat.az-ın məlumatına görə həkim qeyd edir ki, antibiotiklər böyrəklərə birbaşa toksik təsir göstərərkən, ağrıkəsicilər böyrək toxumasında allergik reaksiyaya bənzər iltihab prosesləri yaradır. Patologiyanın inkişaf sürəti dərmanların istifadə intensivliyindən birbaşa asılıdır. Məsələn, oynaq xəstəliklərindən əziyyət çəkən və ağrıları dindirmək üçün yüksək dozada ağrıkəsici qəbul etmək məcburiyyətində qalan insanlarda xroniki xəstəlik daha erkən mərhələdə özünü büruzə verə bilər.Əgər ağrıkəsicilər yalnız epizodik olaraq istifadə edilirsə, bu proses onilliklər boyu davam edə bilər. Lakin həkim xatırladır ki, fərdi dözümlülük və orqanizmin vəziyyəti də həlledici rol oynayır. Araşdırmalar göstərir ki, gündəlik cəmi bir qram fenasetin kimi ağrıkəsicinin 1-3 il müddətində davamlı qəbulu ifrazat sisteminin zədələnməsinə demək olar ki, tam zəmanət verir.Həkimlər vurğulayırlar ki, ağrıkəsicilərin kontrolsuz istifadəsi böyrək çatışmazlığı ilə nəticələnə bilər. Buna görə də, istənilən dərman vasitəsi yalnız həkim nəzarəti altında və müəyyən edilmiş dozada qəbul edilməlidir.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
45
demokrat.az

1Источники