RU

Tramp ərəb ölkələrini İrana qarşı hərbi əməliyyata qoşulmağa çağırıb

ABŞ Prezidenti Donald Tramp ərəb ölkələrinin ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatına qoşulmalı olduğunu açıqlayıb. O, bu barədə İsrailin C14 televiziya kanalına müsahibəsində danışıb.

Trampın sözlərinə görə, region ölkələri Hörmüz boğazının açıq qalmasını təmin etmək üçün daha fəal mövqe tutmalıdır. O əlavə edib ki, boğaz vasitəsilə neft tədarükündə maraqlı olan dövlətlər İrana qarşı mübarizədə daha aktiv iştirak etməlidirlər.

Bu arada, ABŞ Maliyyə naziri Skott Bessent martın 12-də bildirib ki, Vaşinqton Hörmüz boğazında gəmiləri müşayiət etmək üçün beynəlxalq koalisiya yaratmaq imkanını nəzərdən keçirir.

İsrail və ABŞ-ın hücumlarından sonra İran dünyanın əsas neft marşrutlarından biri sayılan Hörmüz boğazının faktiki olaraq bağlandığını elan edib. Tehran qadağanın bütün gəmilərə, o cümlədən kommersiya gəmiləri və tankerlərə şamil edildiyini bildirib. Nəticədə strateji dəhlizdə gəmi hərəkəti demək olar ki, dayanıb.

Aytac Zeynalova 

Избранный
41
anews.az

1Источники