RU

Sülh ərəfəsində Avropa Şurası Nazirlər Komitəsindən gözlənilməz çağırış RAMİL SƏFƏROVU MƏSULİYYƏTƏ CƏLB EDİN!

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avropa Şurasının Nazirlər Komitəsi quruma üzv ölkələrin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icra vəziyyətinə dair növbəti iclasını keçirib.

Avropa Şurasından Gununsesi.info-ya verilən məlumata görə, iclasda Azərbaycan tərəfindən də  icra olunmayan bir sıra işlərlə bağlı  müzakirələr aparılıb və hökumətə müvafiq qaydada çağırışlar edilib.

Bunlar arasında diqqəti çəkən işlərdən biri də uzun illər əvvəl Macarıstanda erməni zabitini qətlə yetirən hərbçimiz Ramil Səfərovla  bağlı olan məsələdir.

Belə ki, Ermənistan vətəndaşları “Makuçyan və Minasyan” Azərbaycana qarşı  adlı ərizəyə əsasən Avropa Məhkəməsi Azərbaycanın Ramil Səfərovu Bakıda cinayət məsuliyyətinə cəlb etməsinə dair qərar vermişdir.

Nazirlər Komitəsinin açıqlamasında deyilir ki, Ramil Səfərov  Macarıstandan Azərbaycana təhvil verildikdən sonra əfv edilmiş,  vəzifədə irəli çəkilmiş və müavinətlərə layiq görülüb:

“Azərbaycana Konvensiyanın 46-cı maddəsinin 1-ci bəndinin şərtlərinə uyğun olaraq, Avropa İnsan Hüquqları Məhkəməsinin iştirakçısı olduğu istənilən iş üzrə yekun qərarlarına tam, səmərəli və operativ şəkildə riayət etmək öhdəliyini və öhdəliyini qətiyyətlə xatırladılır. Hakimiyyətin indiyədək bir neçə görüşdə susqunluğunu davam etdirməsindən və bu işdə davamlı irəliləyişin olmamasından dərin təəssüf hissi keçirir”.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə  Gununsesi.info-ya açıqlamasında deyib ki, Avropa Şurasının Nazirlər Komitəsinin bu məsələni indiki məqamda gündəmə gətirməsi bir sıra suallar yaradır:

“Mən xatırlayıram ki, Avropa Məhkəməsinin qərarından sonra həmin erməni zabitinin ailəsinə kompensasiya ödənildi .

İndi Azərbaycanla Ermənistan arasında sülh prosesinin getdiyi bir dövrdə bunu gündəmə gətirmək hansısa qüvvələrin maraqlı olduğunu göstərir. Bu qüvvələr sülh prosesinə zərbə vurmağa çalışanlardır”.

Afət Abbasova 

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
9
icma.az

10Источники