RU

Holdinqin Gürcüstandakı “PASHA Bank”ı xalis mənfəətini artırıb

Azərbaycanın iri şirkətlər qrupu “PASHA Holding” MMC Gürcüstandakı törəmə bankı “PASHA Bank Georgia” 2025-ci ili 8.6 mln. gürcü larisi* (~$3.3 mln.) xalis mənfəət ilə başa vurub ki, bu da 2024-cü ilin 8.3 mln. lari xalis mənfəəti ilə müqayisədə 3.5% artım deməkdir.

Banker.az bunu törəmə bankın illik audit hesabatına istinadən xəbər verir.

Bankın faiz gəlirləri 52.9 mln. lari səviyyəsində olub və illik müqayisədə 7.5% artıb. Bu artım əsasən müştəri kreditlərindən gələn gəlirlərin 36.1 mln. lari səviyyəsinə yüksəlməsi ilə əlaqəlidir. Belə ki, 2024-cü ildə 32.6 mln. lari idi. İnvestisiya qiymətli kağızlarından gəlir 9.2 mln. lari, kredit təşkilatlarından alınan məbləğlərdən gəlir isə 7.6 mln. lari olub. Faiz xərcləri isə 29.2 mln. lari təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 27.6% çoxdur. Bunun əsas səbəbi müştəri depozitləri üzrə ödənişlərin 19.3 mln. lari səviyyəsinə yüksəlməsidir.

Hesabat müddətində bankın investisiya fəaliyyətlərindən xalis pul istifadəsi 29.6 mln. lari, maliyyələşdirmə fəaliyyətlərindən isə xalis gəlir 11.8 mln. lari təşkil edib. Pul vəsaitlərinin sonunda bankın nağd vəsaitləri 65.8 mln. lari səviyyəsində olub.

“PASHA Bank Georgia”nın kredit portfeli 2025-ci ildə 423 mln. lari təşkil edib. Bunun 251.7 mln. lari korporativ, 177.6 mln. lari kommersiya və 0.6 mln. lari istehlak kreditlərindən ibarətdir. Əhəmiyyətli portfeli olan korporativ kreditlərdə 31% və kommersiya kreditlərində 4.8% artıb.

Aktivlərin ümumi həcmi 664.4 mln. lari, öhdəliklər isə 521.7 mln. lari olub. Müştəri depozitləri 361.2 mln. lari səviyyəsindədir. Aktivlərdə nəzərəçarpan artım investisiya qiymətli kağızları ilə əlaqəlidir. Bank ötən ildə istiqraz və notlara yatırımlarını davam etdirərək ümumi portfeli 81.1 mln. laridən 109.7 mln. lariyə qaldırıb.

Bankın səhmdar kapitalı 142.8 mln. lari təşkil edib, burada yığılmış zərər 8.7 mln. lari səviyyəsindədir.

31.12.2025-ci il tarixinə məzənnə: 1 USD=2.63 GEL

Избранный
20
banker.az

1Источники