RU

“One Battle After Another” Oskarlara damğa vurdu

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rejissor Paul Thomas Anderson-un “One Battle After Another” filmi builki Oskar mükafatlarının əsas qalibi olub. Film ən yaxşı film də daxil olmaqla ümumilikdə 6 mükafat qazanıb. Ekran işi həmçinin ən yaxşı rejissor, adaptasiya olunmuş ssenari, montaj, kasting və ikinci plan aktyoru (Sean Penn) nominasiyalarında qalib gəlib.

Bizimyol.info xəbər verir ki, bu, Andersonun karyerasında ilk Oskar qələbəsidir.

Gecənin digər diqqətçəkən filmi “Sinners” olub. 16 nominasiya ilə rekord qıran film 4 mükafat əldə edib. Michael B. Jordan bu filmdəki roluna görə ən yaxşı aktyor seçilərək ilk Oskarını qazanıb.

Ən yaxşı aktrisa mükafatı isə Jessie Buckley-yə Hamnet filmindəki roluna görə təqdim olunub. O, bu nominasiyada qalib gələn ilk irlandiyalı aktrisa kimi tarixə düşüb.

Digər əsas qaliblər arasında Sentimental Value (ən yaxşı beynəlxalq film), Mr Nobody Against Putin (ən yaxşı sənədli film) və KPop Demon Hunters (ən yaxşı animasiya filmi) yer alıb. Filmdə səslənən Golden isə Oskar qazanan ilk K-pop mahnısı olub.

Qeyd edək ki, gecənin aparıcısı yenidən komediyaçı Conan O'Brien olub. Mərasimdə həmçinin kino dünyasının bir sıra tanınmış simalarına ehtiram nümayiş etdirilib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
14
icma.az

1Источники