RU

Astaraya gedən yük maşını təkər partlaması səbəbindən qəzaya uğrayıb (VİDEO)

Bakı.Trend:

Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən80-ci kilometrində yük avtomobilinin iştirakı ilə yol-nəqliyyathadisəsi qeydə alınıb.

Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ)məlumat verilib.

Bildirilib ki, Seymur Niftullayevin idarə etdiyi “DAF” markalı,90 LO 337 dövlət qeydiyyat nişanlı avtomobil Astara istiqamətindəhərəkətdə olarkən ön təkərin partlaması nəticəsində idarəetmədənçıxaraq beton yolayrıcına çırpılıb.

Qəza nəticəsində avtomobilə maddi ziyan dəyib, xəsarət alanolmayıb. Faktla bağlı araşdırma aparılır.

"Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəblərdən dəfələrləağır-yol nəqliyyat hadisələrinin baş verdiyini nəzərə alaraq, birdaha sürücüləri, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərənhüquqi və fiziki şəxsləri nəqliyyat vasitələrinin texniki sazlığınavaxtaşırı nəzarət etməyə, reysqabağı texniki müayinədən keçməyə,nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavabverməyən avtomobillə yola çıxmaqdan çəkinməyə çağırır", - deyəməlumatda qeyd olunub.

Избранный
21
14
az.trend.az

10Источники