RU

Tramp Çinə səfərini təxirə sala bilər

Yeniavaz portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki münaqişə ilə əlaqədar Çinə səfərini təxirə sala bilər.

Yeniavaz.com xəbər verir ki, bu barədə o, “Financial Times” qəzetinə verdiyi müsahibədə bildirib.

“Biz bunu təxirə sala bilərik”, - deyə o, qeyd edib.

Digər tərəfdən, Amerika lideri Pekini Hörmüz boğazının açılması üçün Vaşinqtonun səylərinə qoşulmağa çağırıb.

“Düşünürəm ki, Çin də kömək etməlidir, çünki Çinin aldığı neftin 90%-n bu boğazdan keçir”, - deyə o qeyd edib.

Tramp əlavə edib ki, Pekinə səfərindən əvvəl Hörmüz boğazında gəmiçiliyin bərpasına kömək etmək təklifinə Çindən cavab almaq istəyir.

Qeyd edək ki, bundan əvvəl “Reuters” agentliyi Ağ Evə istinadla Trampın Çinə səfərinin 31 mart - 2 aprel tarixləri arasında baş tutacağını bildirmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
16
1
yeniavaz.com

2Источники