RU

“Qalatasaray”ın Osimhen üçün "Real"dan tələbi bəlli oldu

“Real Madrid” və PSJ nümayəndələri Çempionlar Liqası çərçivəsində keçirilən “Qalatasaray” - “Liverpul” matçı zamanı Viktor Osimheni tribunadan izləyiblər. Metbuat.az xəbər verir ki, hər iki komandanın futbolçunun xidmətində maraqlı olduğu irəli sürülür. İddialara görə, Avropa nəhəngləri mövsümün sonunda Osimhen üçün təklif irəli sürəcək. “Türkiye” qəzetinin məlumatına görə, "Qalatasaray" Osimheni satmaq niyyətində olmasa da, 150 milyon avrodan çox olan təklifləri nəzərdən keçirə bilər.

Qeyd edək ki, “Qalatasaray” - “Liverpul” matçı 1-0 hesabı ilə yeklunlaşıb.

Избранный
4
metbuat.az

1Источники