RU

“Kənddən Şəhərə” Novruz yarmarkası Xankəndidə 

Novruz bayramı ilə əlaqədar olaraq martın 13-dən 17-dək Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC Xankəndi şəhərində “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil edib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, bu, Xankkəndidə keçirilən sayca 9-cu yarmarkadır.

Bildirilir ki, yarmarkanın əsas məqsədi bayram günlərində sakinlərin münasib qiymətlərlə təbii, yerli kənd təsərrüfatı məhsullarını əldə etməsinə yardımçı olmaq, eyni zamanda yerli fermerlərin  məhsullarının bazara çıxışını dəstəkləmək, onlara alternativ satış imkanı yaratmaqdır. 

Cəbrayıl rayonunun Horovlu kəndində və Zəngilan rayonunun Ağalı kəndində də ilk dəfə olaraq “Kənddən Şəhərə” Novruz yarmarkası keçiriləcək. Cəbrayılda martin 16-sı, Zəngilanda isə martin 17-si bayram yarmarkası  fəaliyyət göstərəcək.

Избранный
32
6
cebheinfo.az

7Источники