RU

Azərbaycan internet sürətini artıraraq qlobal reytinqdə mövqeyini yaxşılaşdırıb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 16 mart, AZƏRTAC

Bu ilin fevral ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə əvvəlki ayla müqayisədə 1 pillə irəliləyərək 153 ölkə arasında 80-ci yerdə qərarlaşıb.

AZƏRTAC “Speedtest Global Index” hesabatına istinadla xəbər verir ki, ölkədə sabit genişzolaqlı internetin orta sürəti 91,27 Mbps təşkil edib. Bu göstərici bir il əvvəl qeydə alınan 69,15 Mbps ilə müqayisədə 32 faiz artım deməkdir.

Azərbaycan sabit genişzolaqlı internetin sürətinə görə Türkiyə (77,68 Mbps), İran (23,53 Mbps), Gürcüstan (44,35 Mbps), Ermənistan (82,77 Mbps), Belarus (90,78 Mbps), Qazaxıstan (88,13 Mbps), Qırğızıstan (86,25 Mbps) və Tacikistanı (41,85 Mbps) geridə qoyub.

Reytinqdə sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri 420,92 Mbps göstərici ilə Sinqapur tutub. Siyahının sonuncu pilləsində isə 3,86 Mbps ilə Kuba qərarlaşıb.

Fevral ayında Azərbaycan mobil internetin sürətinə görə də mövqeyini yaxşılaşdıraraq əvvəlki ayla müqayisədə 2 pillə irəliləyib və 94,95 Mbps orta sürətlə 104 ölkə arasında 50-ci olub.

Mobil internetin sürətinə görə ilk yerdə 681,18 Mbps göstərici ilə Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb. Siyahının sonuncu pilləsində isə 15,71 Mbps sürətlə Boliviya yer alıb.

Hesabatda şəhərlər üzrə göstəricilər də açıqlanıb. Belə ki, Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki ayla müqayisədə 2 pillə irəliləyərək 91,01 Mbps sürətlə 201 şəhər arasında 113-cü yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet reytinqinə 434,61 Mbps göstərici ilə Əbu-Dabi başçılıq edir. Siyahının sonuncu pilləsində isə 2,94 Mbps sürətlə Hələb şəhəri yer alıb.

Mobil internetin sürətinə görə isə Bakı 113,56 Mbps göstərici ilə 150 şəhər arasında 82-ci yerdə qərarlaşıb və əvvəlki ayla müqayisədə mövqeyini qoruyub saxlayıb.

Şəhərlər arasında mobil internetin sürətinə görə ilk yeri 745,89 Mbps göstərici ilə Əbu-Dabi tutur. Siyahının sonuncu pilləsində isə 13,79 Mbps sürətlə Boliviyanın La-Pas şəhəri qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
5
azertag.az

6Источники