Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin keçmiş müavini Romeo Mikautadze 10 il müddətinə azadlıqdan məhrum olunub.
APA-nın yerli bürosu xəbər verir ki, hökmü Tbilisi Şəhər Məhkəməsi elan edib.
Qərarla sabiq nazir müavini 2 il müddətinə dövlət vəzifələrində çalışmaq hüququndan da məhrum edilib. Onun həmçinin Gürücüstanda və İspaniyadakı bir sıra əmlakları, "Naxiduri" SES-dəki 15%-lik payı da müsadirə olunub.
Qeyd edək ki, Romeo Mikautadze ötən ilin iyununda saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə və milyonlarla lari məbləğində qeyri-qanuni gəlirin leqallaşdırılmasında ittiham olunurdu.
Xatırladaq ki, Mikautadze 2021-2022-ci illərdə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini, 2022-2024-cü illərdə isə birinci müavini vəzifəsini tutub.