RU

Media: Hörmüz boğazı uzun müddət bağlı qalarsa neftin bir bareli 215 dollara kimi bahalaşa bilər

Bakı, 16 mart, AZƏRTAC

ABŞ-nin bir sıra analitik mərkəzlərinin Yaxın Şərqdə müharibənin hələ bir neçə həftə davam edəcəyi haqqında verdikləri proqnozdan sonra dünya bazarında neftin qiyməti bir az da bahalaşdı. Halbuki, Prezident Donald Trampın ötən həftə “Müharibəni tezliklə başa çatdıracağıq” bəyanatından sonra qiymət 100 dollardan 98 dollara qədər azalmışdı.

AZƏRTAC xəbər verir ki, Hörmüz boğazının bağlanması dünya bazarında təkcə neftin deyil, bütün malların bahalaşmasına və inflyasiyanın artmasına səbəb olub.

“The Wall Street Journal” yazır ki, Hörmüz boğazı uzun müddət bağlı qalarsa neftin bir bareli 215 dollara kimi bahalaşa bilər və bu vəziyyət enerji şoku yaradar. Hazırda dünya bazarının tələbatının 15 milyon tonu çatışmır ki, bu da Yaxın Şərq ölkələrindən ixrac olunan neftin həcmidir. Körfəzdə müharibənin davam eməsi neft idxalçılarının Cənubi Amerikaya yönəlməsini şərtləndirib. Braziliya, Argentina və Qayanada neft hasilatı artırılıb. Lakin dünyanın bir yarımkürəsindən digər yarımkürəsinə neftin nəqli çox baha başa gəlir. Digər tərəfdən isə bu ölkələrdə hasilatın artırılması üçün külli miqdarda sərmayə və zaman lazımdır.

Rusiya Xalq Təsərrüfatı Akademiyasının analitiki, iqtisad elməli doktoru Nikolay Kopenka bildirib ki, neftin qiymətinin bahalaşması dünya gəmiçiliyinə də böyük zərər vurub. Bahalaşma dəniz nəqliyyatını demək olar ki, iflic vəziyyətinə salıb. Limanlardakı terminallarda mazut ehtiyatı azaldıqca daşıma qiymətləri də artır. Konteyner daşıyan gəmilər Sinqapur və Fuceyra terminlarına yan alıb yanacaq doldura bilmirlər və yüklər günlərlə daşınmır. Hazırda mazutun 1 barelinin qiyməti Sinqapurda 140 Fuceyrada isə 160 dollardır. Mazutun ekoloji sortunun qiyməti isə 175 dollara satılır.

Hazırda Avropa və ABŞ-ın yanacaq doldurma məntəqələrində benzin və dizelin qiyməti artıb ki, bu da əhalinin narazılığına səbəb olub. Müharibə isə davam edir və onun başa çatacağını heç kim dəqiq bilmir.

Избранный
33
4
azertag.az

5Источники