RU

Musa Qurbanlı Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib

“Qarabağ”ın futbolçusu Musa Qurbanlı Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib.

İdman.Biz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, hücumçunun yubileyi Azərbaycan Premyer Liqasının 24-cü turuna təsadüf edib.

O, “Zirə” ilə səfər görüşünün (3:1) 85-ci dəqiqəsində meydana daxil olub.

M.Qurbanlı Premyer Liqada 2020/2021 mövsümündə debüt edib. Yalnız 2 klubda çıxış edən forvard bu matçlarda 42 qola imza atıb. O, “Qarabağ”da 91 (41 qol), “Zirə”də 9 (1 qol) oyun keçirib.

Qeyd edək ki, Musa Qurbanlı turnirin tarixində 100 və daha çox oyun keçirən 452-ci futbolçu olub.

İdman.Biz
Избранный
27
16
idman.biz

10Источники