RU

İrandakı hücumlarla bağlı Atropatena erməni yeparxiyası fəaliyyətini məhdudlaşdırıb – ÖZƏL

İrana edilən hücumlar fonunda Erməni Apostol Kilsəsinin Atropatena yeparxiyası kilsə ayinlərinin icrasını müvəqqəti dayandırıb. 

Olaylar.az xəbər verir ki, bu barədə yepariyanın yaydığı rəsmi bəyanatda bildirilir.
Yeparxiya şurasının qərarı ilə ehtiyat tədbirləri çərçivəsində Təbriz və Urmiya şəhərlərindəki ibadətlər təxirə salınıb. Şuranın iclası yepariyanın rəhbəri, arxiyepiskop Qriqori Çiftçyanın sədrliyi ilə baş tutub.

Məlumata əsasən, hər iki şəhərdə fəaliyyət göstərən erməni milli məktəbləri distant (onlayn) tədris formatına keçib. Hazırkı mərhələdə erməni icmasının üzvləri arasında xəsarət alan yoxdur. Bildirilir ki, partlayışlar nəticəsində yalnız bəzi binaların pəncərə şüşələri sınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
38
olaylar.az

1Источники