RU

Son 2 gündə 116 cinayətin üstü açılıb

Martın 14-15-də ölkə ərazisində 116 cinayət açılıb, əvvəlki dövrlərdən bağlı qalan 11 iş üzrə də araşdırmalar tamamlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Ümumilikdə 105 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə bağlı 53, qanunsuz saxlanılan silah və sursatın aşkarlanması ilə bağlı isə 19 fakt qeydə alınıb.

Eyni dövrdə cinayət törətməkdə şübhəli bilinən 107 nəfər də polis tərəfindən saxlanılıb.

Gülnar Nazimqızı 

Избранный
45
2
anews.az

10Источники