RU

Aprelin 1-dən partiyaların MSK-ya təqdim etdiyi maliyyə hesabatları açıqlanacaq

Aprelin 1-dən partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etdiyi maliyyə hesabatları açıqlanacaq.

"Cebheinfo.az" xəbər verir ki, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, MSK-ya təqdim etməlidir.

Artıq Yeni Azərbaycan Partiyası (YAP) da 2025-ci il üzrə maliyyə hesabatını MSK-ya təqdim edib.

Qanunvericiliyə uyğun olaraq, aprelin 1-dək təqdim edilən hesabatların MSK tərəfindən araşdırılması prosesi yekunlaşmalıdır. Aprelin 1-dən başlayaraq partiyaların illik maliyyə hesabatları MSK-nın saytında yerləşdirilərək ictimailəşdiriləcək.

"Cebheinfo.az"

Избранный
28
5
cebheinfo.az

6Источники