RU

Hava hücumları nəticəsində Tehranda 503 nəfər ölüb

Bakı. Trend:

ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları nəticəsində 28fevraldan etibarən bu günə qədər İranın Tehran vilayətində 503nəfər ölüb.

Trend-inməlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Tehranüzrə idarəsinin baş direktoru Məhəmməd İsmayıl Təvəkkoli yerlimediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, sözügedən müddətdə Tehran vilayətində 5 700nəfər yaralanıb. Yaralılardan 4 700 nəfəri tibb mərkəzlərinəçatdırılıb.

Təvəkkoli qeyd edib ki, ölən və yaralananlardan təxminən 85%-imülki şəxslər, eləcə də uşaqlar və qadınlar təşkil edir.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Избранный
3
1
az.trend.az

5Источники