RU

Bakı şəhərində son illər qurulmuş keçidlərin əksəriyyəti müəssər deyil, pillələr daha hündürdür, meylliliklər daha itidir

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Açıq hava qaldırıcı konstruksiyalarında pillələrin müəyyən optimal hündürlüyü var. Pilləkənin rahat istifadəsi yalnız pillə hündürlüyündən deyil, həm də onun meyillik bucağından asılıdır. Təhlükəsizlik üçün bu bucaq adətən müəyyən dərəcə civarında olmalıdır. Tövsiyə olunan ölçülərə əməl edilmədikdə, pilləkənlər gündəlik istifadə zaman narahatlıq yaradır, insanın daha çox enerji sərf etməsinə və yıxılma riskinin artmasına səbəb olur”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, dünya şəhərlərində şəhər əhalisinin sürətli qocalmasını nəzərə alaraq bir çox şəhərlər artıq infrastrukturda bu amili nəzərə alırlar və qocaların az mobillərə aid olduğunu nəzərə alaraq pillələrin hündürlüyünə, meylliliyinə diqqət yetirirlər: Pillələr nə qədər hündür olarsa, meylliliyi nə qədər iti olarsa insanları yorur və əlavə yükləyir. Bu səbəbdən bu növ infrastruktur həllərində pillə hündürlüyünə və meylliliyinə, hətta əlilləri nəzərə alaraq, dincəlmək üçün meydançaların da qurulmasını nəzərə alırlar”.

Rauf Ağamirzəyev

“Ümumi olaraq həm şəhərdə yeraltı yerüstü keçidlər praktikasına son qoymaqla yanaşı, (sürətli yollarda, xüsusən bunlara ehtiyac var), müxtəlif səviyyəli keçidlərdə məhz pillə hündürlüyünə diqqət yetirirlər ki, insanlar bundan rahat istifadə edə bilsin. Təəssüflər olsun ki, Bakı şəhərində son illər qurulmuş keçidlərin əksəriyyəti müəssər deyil. Pillələr daha hündürdür, meylliliklər daha itidir. Bu da insanları yorur. Həmçinin də daha qısa keçidlər axtarmağa məcbur edir”-deyən Rauf Ağamirzəyev hesab edir ki, bu növ məsələlər standarta salınmalı və ciddi nəzarət olunmalıdır.

Ekspertin fikrincə, yaşadığımız binalarda belə pillələr doğru olmalıdır: “Yeni tikilən qurğularda bunlara diqqət yetirilməlidir ki, insanlar rahatlıqla istifadə edə bilsinlər və bu onları yormasın”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
60
bizimyol.info

1Источники