RU

Dünyada ən çox neft ehtiyatı toplayan ölkə hansıdır?

Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

2025-ci ildə dünyada bir gün ərzində təxminən 106 milyon bareldən çox neft hasil olunub.

Reyting.az xəbər verir ki, bu barədə 2026-cı il üçün dərc edilən infoqrafikaya və ABŞ Enerji İnformasiya Administrasiyasının statistik qiymətləndirməsində qeyd olunub.

Məlumata görə, qlobal neft hasilatının çox böyük hissəsi Şimali Amerika və Yaxın Şərqdə cəmləşib və hər iki coğrafiya dünya istehsalının təxminən 60 faizini təmin edir.

Şimali Amerika 2025-ci ildə gündə 31,8 milyon barel və ya qlobal hasilatın 29,9 faizi ilə ən böyük neft istehsalçısı regionu olub. Ümumilikdə, neft hasilatının böyük hissəsi ABŞ-ın payına düşür və son 20 ildə istehsal iki dəfədən çox artıb.

Siyahıda yer alan Kanada da rekord nəticə göstərib. Kanada 2025-ci ilin dekabr ayından sutkada 5 milyon barel neft hasil edib.

Yaxın Şərq isə gündə təxminən 31 milyon barellə ikinci yerdədir. Regionun ən böyük istehsalçısı Səudiyyə Ərəbistanı sayılır - gündə 9,6 milyon barel. Hazırda müharibə aparan İran İslam Respublikası isə 2025-ci ildə bir sutka ərzində 3,1 milyon barel neft hasil edib.

Mövcud vəziyyət böyük narahatlıq doğursa da, qlobal neft ticarətində Hörmüz boğazı əsas strateji marşrutlardan biri olaraq qalır. Bu ərazidən gün ərzində dünya neft və neft məhsulları tədarükünün təxminən 20 faizi keçir və bu marşrutdan keçən neftin böyük hissəsi Asiya ölkələrinə yönəlir.

Son məlumatlara əsasən, mümkün təchizat risklərinə qarşı bir çox ölkələr artıq strateji neft ehtiyatları yaradır. Beynəlxalq Enerji Agentliyinin üzvü olan dövlətlərə isə minimum 90 günlük neft, yəni xalis idxala bərabər ehtiyatı saxlamaq tövsiyə olunub.

Ekspertlərin fikrincə, bu sahədə Çin demək olar ki, böyük problem yaşamayacaq, çünki bu ölkə öz potensialını faydalı yönəltməklə, dünyada ən böyük strateji neft ehtiyatları fondunu formalaşdırıb.

Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
29
reyting.az

1Источники