RU

II Liqa: XVIII tur start götürür

Azərbaycan II Liqasında XVIII tur bu gün start götürəcək.

Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək turun ilk günündə iki matç baş tutacaq. 

"Şəki Siti" “Kür-Araz”ı Zaqatalada qəbul edəcək. “Ağstafa Gəncləri” – “Şirvan” görüşü isə Göygöldə baş tutacaq. Belə ki, əlverişsiz hava şəraiti səbəbindən “Ağstafa Gəncləri”nin ev oyunlarını keçirdiyi Ağstafa şəhər stadionunun ot örtüyü yararsız vəziyyətə düşüb. Buna görə oyununun yeri dəyişdirilib. 

Azərbaycan II Liqası
XVIII tur
16 mart 

15:00. “Şəki Siti” – “Kür-Araz”
Hakimlər: Rövşən Rəcəbov, Taleh Məmmədov, Rəşad Quliyev, Kamil Aydınov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.

15:00. “Ağstafa Gəncləri” – “Şirvan”
Hakimlər: Mahmud Bağırzadə, Ruslan Məmmədov, Elvin Mədətov, Sərxan İsmayılov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Göygöl. Olimpiya İdman Kompleksi.

Избранный
5
1
fanat.az

2Источники