RU

Neqodnu lara bəd xəbər

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı qanunvericilikdə ciddi dəyişikliklər qüvvəyə minib. Artıq çağırışdan boyun qaçıranlar üçün məsuliyyət dairəsi genişləndirilib və ölkədən çıxış hüquqlarına məhdudiyyətlər gətirilib.Demokrat.az xəbər verir ki, dəyişikliklərə əsasən, çağırış zamanı tibbi müayinəyə, hərbi toplanışlara və ya xidmətə üzrlü səbəb olmadan gəlməyən vətəndaşlar qanun qarşısında cavab verəcək. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumatına görə, bu tədbirlər hərbi sistemin səmərəliliyini artırmaq və milli təhlükəsizliyi gücləndirmək üçün atılıb.Xüsusi vurğulanır ki, çağırış vərəqəsinin çatdırılmasının qarşısını almaq üçün yaşayış yerini gizli dəyişmək və ya qeydiyyatdan yayınmaq da artıq cinayət məsuliyyəti yarada bilər. Çağırış dövründə yaşayış yerini 3 aydan çox müddətə dəyişən vətəndaşlar mütləq qaydada hərbi qeydiyyat məsələlərini tənzimləməlidirlər.Ali Məhkəmənin yenilənmiş Plenum qərarı bu sahədəki hüquqi boşluqları aradan qaldırır. Qərara əsasən, çağırış müddəti başa çatanadək rəsmi çağırışlara məhəl qoymamaq hərbi xidmətdən yayınma kimi qiymətləndirilir.Möhlət hüququ olmayan vətəndaşlar hərbi biletlərində və "mygov" platformasındakı kabinetlərində qeyd olunan tarixlərə ciddi diqqət etməlidirlər. Dövlət qurumları vətəndaşları hərbi vəzifələrini vaxtında icra etməyə və qanunvericiliyin tələblərinə uyğun hərəkət etməyə çağırır.Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
demokrat.az

1Источники