RU

Fərahim Mustafayev: “Avropa çempionatının 1/4 finalında gözlənilməz səhvə görə uduzdum”

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında bürünc medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Fərahim Mustafayev (72 kq) gözlənilməz səhvə görə 1/4 finalda rusiyalı rəqibinə böyük hesabla məğlub olub.

O, 72 kq çəki dərəcəsində ilk beynəlxalq yarışını keçirdiyini söyləyib.

“Avropa çempionatı həqiqətən yüksək səviyyədə keçdi. 72 kq çəki dərəcəsində ilk beynəlxalq yarışım idi. Buna baxmayaraq, medal qazandım. 1/4 finalda rusiyalı güləşçini məğlub edə bilərdim. Amma gözlənilməz səhv səbəbindən böyük xal fərqi ilə uduzdum”, - deyə o, report.az-a açıqlamasında bildirib.

F.Mustafayev dünya çempionu olmağı hədəfləyib:

“Növbəti hədəfim dünya çempionatıdır. Bu yarışa qədər hələ vaxtım var. Səhvlərimi düzəldib, qızıl medal qazanmağı qarşıma məqsəd qoymuşam”.

Qeyd edək ki, F.Mustafayev bürünc medal uğrunda görüşdə rumıniyalı Leonard Petru İuraşkunu 5:4 hesabı ilə üstələyib.

İdman.Biz
Избранный
3
2
idman.biz

3Источники