Bakı. Trend:
Tehranda İranın mərhum Ali Rəhbərinə məxsus təyyarə Israilordusu tərəfindən məhv edilib.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin(IDF) sosial şəbəkə hesabında dərc olunan açıqlamadabildirilir.
“İsrail Müdafiə Qüvvələri Tehranın Mehrabad hava limanındaİranın terror rejiminin ali rəhbərinin istifadə etdiyi təyyarəyədəqiq zərbə endirib və onu məhv edib”, - deyə IDF-dənbildirilib.
Məlumata görə, həmin təyyarə İranın həlak olmuş Ali Rəhbəri ƏliXamenei, digər yüksək vəzifəli şəxslər və İran hərbçiləritərəfindən “hərbi satınalmaların təşviqi və ox ölkələri iləkoordinasiyanın təmin edilməsi” məqsədilə istifadə olunurdu.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğubildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.