RU

Avropa İttifaqı Hörmüz boğazının açıq saxlanması yollarını müzakirə edəcək - Kallas

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Hörmüz boğazının açıq saxlanması yollarınımüzakirə edəcək.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Aİ-nin Xarici Siyasət üzrə AliNümayəndəsi Kaya Kallas bildirib.

“Hörmüz boğazının açıq qalması bizim maraqlarımıza uyğundur vəbuna görə də Avropa tərəfi olaraq bu məsələdə nə edə biləcəyimizimüzakirə edirik,” - deyə o, Brüsseldə Aİ xarici işlər nazirlərininsammitindən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, İranın hücumları və təhlükəsizlik risklərisəbəbindən dünyanın ən mühüm enerji marşrutlarından biri olanHörmüz boğazında tankerlərin və yük gəmilərinin hərəkəti kəskinşəkildə azalıb, bu isə öz növbəsində qlobal neft bazarındaqiymətlərin sürətli artımına yol açıb.

Xatırladaq ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Избранный
19
az.trend.az

1Источники