Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ankara, 16 mart, AZƏRTAC
Kanada hökuməti Türkiyədəki fəlakət zonalarından olan minlərlə insanın viza müddətini uzatmaqdan imtina edib.
AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, 2023-cü ilin fevral ayında baş vermiş zəlzələ zonasının 20 minə qədər sakini Castin Trüdonun hökuməti tərəfindən elan edilmiş xüsusi viza proqramı çərçivəsində Kanadaya köçüb. Lakin Kanadada hakimiyyət dəyişikliyindən sonra formalaşan yeni Nazirlər Kabineti proqramı uzatmayıb. Beləliklə, uzunmüddətli yaşayış icazəsi almağa ümid edən Türkiyə vətəndaşları vətənlərinə qayıtmaq məcburiyyətində qalacaqlar.
Trüdonun yerinə gələn Mark Karni ölkənin immiqrasiya siyasətindəki dəyişikliklər səbəbindən Türkiyədəki zəlzələ qurbanları üçün viza müddətinin uzadılmayacağını açıqlayıb. Son bir neçə ildə təxminən 10 min Türkiyə vətəndaşı könüllü olaraq Kanadadan Türkiyəyə qayıdıb, qalan təxminən 9 min nəfər isə yaxın günlərdə “məcburi” şəkildə geri dönəcək.
Kanadada müvəqqəti yaşayış icazələri yenilənməmiş Türkiyə vətəndaşları “TS2023 Təşəbbüsü” adlı bir platforma yaradaraq Ottavanı bu qərarı yenidən nəzərdən keçirməyə çağırıblar.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.